Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı hərbi məğlubiyyətə görə general Movses Akopyanın cavabdehlik daşıdığını bildirib.
“Armenia Today” agentliyi xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa növbəti müraciətində deyib.
“Təəssüf ki, bizim doqquzuncu müdafiə xəttimiz dağıdıldı və bu fəlakətlə nəticələndi. Ehtiyatda olan general (Movses Akopyan nəzərdə tutur) isə mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda 42 milyon dollara əldə olunmuş metal tullantıları ilə bağlı cinayət işi açılmışdı”, - deyə N.Paşinyan qeyd edib.