"Toppuş bacı"da yenidən şiş aşkarlandı

Oxunma sayı: 759
Yerli       27 Noyabr 2020, 17:51
"Toppuş bacı"da yenidən şiş aşkarlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

 

Azmedia.az  xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa bu dəfə ağ ciyərində şiş tapıldığını açıqlayıb:

"İndi də ağciyərimdə şiş tapıldı. Birinci MRT-dən sonra balacalaşma var. Bu artıq bədənimin 4-cü hissəsindədir. Güman edirəm ki, bununla da bitəcək. Çünki bədənim artıq kimyalara davam gətirmir. Sonuncu kimyanı qəbul edəndə 21-22 gün fasilə verməli idim. Amma bu dəfə arada olan məsafə çox oldu. Təsəvvür edin ki, son dəfə mənə kimya köçürməli olanda evdə pis hala qaldım. Məni evdən apardılar atamgilə. Çünki biz elə başa düşdük ki, mən artıq həyatla vidalaşıram. Allah heç bir anaya bu ağrıları qismət eləməsin. Günü sayırsan ki, birdən yataram, sabah ayılmaram. 15 gün atamgildə qaldım, bacım mənə baxdı. Çox şükür ki, o ağrılar məndən keçdi. İnanıram ki, ağ ciyərimdə tapılan yeni şiş də keçəcək. İnanın ki, ölürdüm. Elə hiss edirdim ki, əzrail mənimlə bərabər oturmuşdu, canımı almağı gözləyirdi. Görünür məni övladıma bağışladı".

Qeyd edək ki, Tünzalə əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar