Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı - FOTO

Oxunma sayı: 1062
Siyasət       27 Noyabr 2020, 16:50
Ermənilərin əsir götürdüyü Aminin yeni görüntüsü yayıldı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“İnfoteka24” saytı ermənilər tərəfindən əsir götürülən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayevin fotosunu paylaşıb.

 

Görüntülərdə bunun Amin Musayev olduğu görünür, ancaq onun harada saxlanıldığı barədə məlumat verilməyib. 

Xatırladaq ki, noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rusiyalı jurnalist tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Onun harada olması barədə məlumat yoxdur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisi ilə hərbi əsir haqqında hər hansı məlumatın yalnız onların ailələrinə veriləcəyini bildirib.

Hərbçimizin dayısı Sənan Sadıqov isə onun haqqında ancaq sağ olduğunu bildiklərini deyib.
A.Musayev Ağstafa rayon sakinidir, ailənin tək övladıdır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar