Paşinyan 10 noyabr gecəsi nələr yaşayıb? - SİRLƏR AÇILIR

Oxunma sayı: 895
Siyasət       27 Noyabr 2020, 18:39
Paşinyan 10 noyabr gecəsi nələr yaşayıb?       - SİRLƏR AÇILIR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistanın Baş naziri Nikol Paşinyan dövrün xarici işlər naziri Zohrab Mnatsakanyan və müdafiə Naziri David Tonoyan, baş qərargah rəisi Onik Qasparyan, baş nazirin müavini Tiqran Avinyan, parlamentin sədri Ararat Mirzoyan və qondarma rejimin başçısı Araik Arutyunyana üçtərəfli bəyanatı imzalamaq niyyəti barədə məlumat vermişdi.

 

Azmedia.Az xəbər verir ki, bu barədə "Qraparak" erməni nəşri yazır.

Nəşrin məlumatına görə, baş nazirin xəbər verdiyi rəsmilərdən yalnız Ararat Mirzoyan Qarabağla bağlı üçtərəfli bəyanata etiraz edib. O, baş nazirə xalqın onu bağışlamayacağını xəbərdarlıq edib.

Baş nazirin müavini Tiqran Avinyan isə sənədin imzalanmasında israr edib.

Xatırladaq ki, Rusiya, 10 noyabrda Azərbaycan və Ermənistan liderləri Qarabağda atəşkəsə dair birgə bəyanat imzaladı.

Qarabağla bağlı açıqlamadan sonra bir qrup vətəndaş hökumətə, daha sonra parlamentə toplaşaraq rəsmilərlə görüş tələb etdi. Onlar parlamentin sədri Ararat Mirzoyanı avtomobildən sürüyərək ailənin gözü qarşısında döydü. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar