Sumqayıtda tanışını öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edildi - VİDEO

Oxunma sayı: 675
Kriminal       27 Noyabr 2020, 19:10
Sumqayıtda tanışını öldürən şəxs 13 il müddətinə azadlıqdan məhrum edildi     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tanışını öldürən şəxs 13 il azadlıqdan məhrum edilib.

 

2019-cu il sentyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, ayın 25-i saat 21:00 radələrində Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Eldarov kəsilmiş-deşilmiş yaralanma ilə xəstəxanaya gətirilib və orada vəfat edib. 

Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törədən şəhər sakini Mətləb Qədimov saxlanılıb. 

Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Şəhriyar Eldarovun (1990-cı il təvəllüdlü) ölümünə - ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanitirmə səbəb olub. Qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 1,4 faiz 0 etil spirti aşkar edilib ki, bu da müvafiq cədvəl üzrə yüngül dərəcəli sərxoşluğa uyğun gəlib. Narkotik maddə aşkar edilməyib. 

İstintaqla müəyyən edilib ki, sentyabrın 25-i saat 21:00 radələrində Fərrux Qayıbov küçəsindəki 19 №-li binanın qarşısında Mətləb Qədimov tanışı Şəhriyar Eldarovun sərxoş vəziyyətdə, ona tərs-tərs baxdığını deyərək üzərinə gəlib, bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirməsindən hiddətlənib. Əlbəyaxa olduqları vaxt üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış və soyuq silah hesab edilməyən bıçaqla qisas məqsədi ilə qəsdən Şəhriyar Eldarova ardıcıl iki zərbə vurub, onu həyatdan məhrum edib. 

Məhkəmə prosesində Mətləb Qədirov əməlindən peşman olmasını bildirib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edib. Məhkəmə Mətləb Qədirovun Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qədimov (1995-ci il təvəllüdlü) cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar