BDU-dan qovulan tələbə danışdı: "Üzrlü sayın məni..."

Oxunma sayı: 944
Cəmiyyət       27 Noyabr 2020, 20:18
BDU-dan qovulan tələbə danışdı:     "Üzrlü sayın məni..."

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin tələbəsinin Azərbaycan bayrağına hörmətsizlik etməsi ilə bağlı video yayımlanıb.

 

Azmedia.az  xəbər verir ki, buna görə də tələbə Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixində Universitet tələbələri sırasından xaric edilib.

Sosial şəbəkələrdə Pərvizin səs yazısı yayılıb. O, qrup yoldaşlarına ona göstərdikləri dəstəyə görə göz yaşları içərisində təşəkkürünü bildirib:

"Vallah, siz əlinizdən gələni etdiniz. Daha heç nəyə ehtiyac yoxdur. Unutmayın məni, bir dənə o yetər. Sizin kimi qrup yoldaşları, dostlar, bəlkə də, tapa bilməyəcəm. Üzrlü sayın məni, aranıza qayıda bilməyəcəm”.

Qeyd edək ki, Pərviz Məhəmmədov BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar