ÜST ildə beş milyon ölümün gözlənilməz səbəbini açıqladı

Oxunma sayı: 501
Dünya       28 Noyabr 2020, 13:07
ÜST ildə beş milyon ölümün gözlənilməz səbəbini açıqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünya əhalisi daha aktiv həyat tərzi keçirsə idi, ildə təxminən beş milyon ölümün qarşısını almaq mümkün olardı.

 

Esquire.ru-nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı hesabat dərc edib.

Təşkilat hər yaşdan olan bütün insanlar üçün fiziki aktivliyi qorumağa kömək edəcək təlimatlar hazırlayıb.

Beləliklə, xroniki xəstəlikləri olan və ya əlillər də daxil olmaqla bütün yetkinlik yaşına çatmış insanların həftədə ən azı 150-300 dəqiqə orta və yüksək intensivlikli aerobik aktivlik sərf etmələri tövsiyə olunur. Uşaqlar və yeniyetmələr isə gündə 60 dəqiqə idmana sərf etməlidirlər.

Yaşlı insanlara (65 yaş və yuxarı) tarazlıq və koordinasiyanı yaxşılaşdıran, yıxılmaların qarşısını almaq və sağlamlığı inkişaf etdirmək üçün əzələləri gücləndirən fəaliyyətlər tövsiyə olunur.

Müntəzəm fiziki fəaliyyət ürək-damar xəstəlikləri, ikinci tip diabet və xərçəngin qarşısının alınmasında vacib rol oynayır, depressiya və narahatlıqla mübarizəyə kömək edir, yaddaş və beyin sağlamlığını yaxşılaşdırır.

“Fiziki fəaliyyət həyat keyfiyyətini uzatmağa və yaxşılaşdırmağa kömək edə bilər. Xüsusən indi COVID-19 pandemiyasının məhdudiyyətləri şəraitində yaşadığımız zamanda hər bir hərəkət vacibdir. Hamımız hər gün hərəkət etməliyik”, - deyə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

ÜST statistikası göstərir ki, hər dörd yetkindən biri və beş yeniyetmədən dördü kifayət qədər aktiv deyil.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar