Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı

Oxunma sayı: 686
Hadisə       28 Noyabr 2020, 14:10
Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində avqust ayında marketlərin birinin seyfindən oğurluq edən dəstə üzvləri saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Kürdəmir rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək onun işlədiyi marketdən oğurluq edilməsi barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Rəşad Tağıyev, əvvəllər məhkum edilmiş Samir Niftalıyev və  Saatlı rayon sakini Sabir Muradov saxlanılıb.

Araşdırmalarla onların 2000 manat məbləğində pulu marketin seyfindən oğurladıqları müəyyən edilib. S.Niftalıyevin ətrafında davam etdirilən tədbirlərlə onun rayon ərazisindəki daha bir marketdən 900 manat məbləğində pul oğurladığı aşkar edilib.  Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.  

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar