Şamaxıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Oxunma sayı: 649
Hadisə       28 Noyabr 2020, 14:19
Şamaxıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Noyabrın 27-də saat 10:00 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G.Usubalıyevin idarə etdiyi “VAZ-21015” markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, qəza nəticəsində G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini  Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar