Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

Oxunma sayı: 834
Siyasət       28 Noyabr 2020, 15:57
Diplomatik korpusun nümayəndələri Ağdam şəhərindədir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər.

 

Azmedia.az  xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Diplomatlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar. Onlar burada ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar