PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

Oxunma sayı: 625
Siyasət       28 Noyabr 2020, 16:43
PKK-nın “liderləri” ermənilərlə birlikdə döyüşdüklərini etiraf etdilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

PKK/KCK-nın qadın təşkilatının “liderlərindən” olan Layika Gültəkin ermənilərlə birlikdə döyüşdüklərini etiraf edib.

 

Bu barədə “Haber Global” Türkiyənin Təhlükəsizlik Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, L.Gültəkin bu etirafı təşkilatın nəşrində edib. 

“Biz Qarabağa gedib, erməni əsgərləri ilə birgə vuruşuruq. Ermənistan xalqı nə vaxt istəsə, həmişə onlarla birlikdə olacağıq”, - deyən təşkilat “rəhbəri” terrorçuların Azərbaycana qarşı mübarizə apardıqlarını bildirib.

Bununla da PKK terrorçularının Dağlıq Qarabağda Ermənistan hərbçiləri ilə bir sırada olduğu bir daha sübut edilib.

Mənbə bildirib ki, PKK/KCK terror təşkilatının Qarabağda Ermənistanın tərəfini tutmaqda əsas məqsədi rəsmi İrəvanın PKK-nı İraqın şimalında dəstək olmasına sövq etməkdir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar