Arvadını amansızlıqla öldürən kişinin məhkəməsi başlayır

Oxunma sayı: 797
Kriminal       28 Noyabr 2020, 17:10
Arvadını amansızlıqla öldürən kişinin məhkəməsi başlayır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Abşeron rayonunda arvadını öldürməkdə təqsirləndirilən İlqar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Azmedia.az  xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.
Hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, hadisə avqustun 14-də saat 12 radələrində Abşeron rayonu ərazisində baş verib.

1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar