Minik avtomobili ilə yük maşını toqquşdu: ölən var

Oxunma sayı: 592
Hadisə       28 Noyabr 2020, 17:42
Minik avtomobili ilə yük maşını toqquşdu:     ölən var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 27-də saat 10 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G. Usubalıyevin idarə etdiyi "VAZ-21015" markalı minik və Bərdə rayon sakini Ə. Şirinovun idarə etdiyi "Mercedes" markalı yük avtomobilləri toqquşub.

Nəticədə G. Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar