Koronavirusun yüngül forması da ürəyi zədələyə bilər

Oxunma sayı: 694
Sağlamlıq       28 Noyabr 2020, 20:12
Koronavirusun yüngül forması da ürəyi zədələyə bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirusun bir çox orqanları, o cümlədən ürək-damar sistemini zədələdiyi məlumdur. COVİD-19-un ağırlaşması bir çox orqanlar, o cümlədən ürəkdə fəsadlara səbəb olur. Koronavirusla bağlı risk qrupuna həm də ürək-damar problemi olanlar daxildir.

 

Azmedia.az  bildirir ki, COVİD-19-un ürəyə təsiri barədə daha bir araşdırma aparılıb. Qərbi Virciniya Universitetinin alimlərinin araşdırmasına görə, koronavirus ürəyə çox ciddi təsir edir. Alimlər tədqiqat zamanı virusa yoluxaraq xəstəliyini yüngül, əlamətsiz keçirən 54 idmançı gənci izləyiblər. Onlar kardioloji müayinədən keçiriliblər.

Virusa yoluxmuş gənclərin 1/3-dən çoxunun ürəyində müəyyən problemlər qeydə alınıb. Belə ki, perikardda iltihab, ürək kisəsində çox maye yığıldığı müşahidə edilib. Amma ürək əzələsində hər hansı problem müşahidə olunmayıb.

Məlum olub ki, xəstəliyi ağır keçirənlərdə ürək damarlarında  tromb və iltihab prosesi güclənə, xəstəliyi çox yüngül, əlamətsiz keçirən gənclərdə isə ürəkdə iltihablanma inkişaf edə bilər.

Qeyd edək ki, tədqiqatın nəticəsi barədə məqalə "Journal of the American College of Cardiology"da çap olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar