Həsən Həsənovun qardaşı vəfat etdi

Oxunma sayı: 563
Ölkə       29 Noyabr 2020, 08:00
Həsən Həsənovun qardaşı vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

2014-cü ildə erməni hərbçiləri tərəfindən Kəlbəcərdə girov götürülərək, öldürülən Cəbrayıl rayon sakini Həsən Həsənovun qardaşı Namiq Həsənov vəfat edib.


Azmedia.Az xəbər verir ki , bu barədə Həsən Həsənovun digər qardaşı Nazil Həsənov sosial şəbəkə hesabında paylaşım edib.


Xatırladaq ki, Həsən Həsənov 2014-cü ilin iyulunda əslən Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevlə Kəlbəcərə gedib.


O, öz ata-baba yurdlarını ziyarət etmək istəyən kəlbəcərli dostlarını müşayiət edib. Lakin Ermənistan silahlı qüvvələri onları girov götürüblər. Girov götürülən zaman ermənilər Həsən Həsənovu güllələyərək, öldürüblər. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb.


Şəhid Bakıda dəfn edilib.

Allah rəhmət eləsin!

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar