Koronavirus diş tökülməsinə də səbəb ola bilər

Oxunma sayı: 548
Sağlamlıq       29 Noyabr 2020, 08:45
Koronavirus diş tökülməsinə də səbəb ola bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus infeksiyası diş əti xəstəliklərinin ağırlaşmasına, hətta dişlərin töklülməsinə səbəb ola bilər.


Azmedia.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə sağalmış xəstələrin və mütəxəssislərin “The New York Times”də açıqlamaları gedib.


“Bəzi COVID-19 xəstələri dişlərinin töküldüyünü söyləyirlər. Digərləri diş ətlərinin həssaslığını, dişlərin qaraldığını və ya çürüdüyünü iddia edirlər. Bundan əlavə, bəzi mütəxəssislər diş problemlərinin xəstəlikdən sağalma dövründə meydana gəldiyini söyləyib”, - yazıda bildirilib.


“Angiogenesis Foundation”un prezidenti Uilliam Linin sözlərinə görə, koronavirus hüceyrə reseptoru ACE2 ilə qarşılıqlı təsir göstərir və yalnız ağ ciyərlərə deyil, həm də damaqdakı qan damarlarını zədələyən sinir uclarına və endoteliyana mənfi təsir göstərir. Li koronavirus xəstələrində xəstəlikdən bir neçə ay sonra ortaya çıxan bəzi simptomların araşdırılmağa başlandığını əlavə edib.


Ancaq Kaliforniyadan olan ortopedik diş həkimi Maykl Şirer diş problemlərin bədənin infeksiyaya qarşı qoruyucu reaksiyasının təzahürü səbəbiylə ortaya çıxdığını istisna etməyib. Məqalədə qeyd olunub ki, hazırda bu cür fəsadlar çox deyil.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar