Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb

Oxunma sayı: 743
Cəmiyyət       29 Noyabr 2020, 17:08
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna  verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

 

RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Xoşbulaq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən 4 yeməkxana aşkarlayıb. Obyekt sahibləri - Rövşən Məmmədov, Teymur Abbasov, Rəşad İbrahimov və Cəlaləddin Rzayev Polis Şöbəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Davam etdirilən tədbirlər zamanı  rayonun Yuxarı Daşkəsən Kəndində də xüsusi karantin rejiminin tələblərinə zid olaraq fəaliyyət göstərən çayxana aşkarlanıb. Polis əməkdaşları dərhal obyektin fəaliyyətini  dayandıraraq çayxana sahibi, Seymur Hüseynovu Polis Şöbəsinə gətirib və barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar