Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi - FOTO

Oxunma sayı: 548
Ölkə       29 Noyabr 2020, 22:00
Daha bir şəhidimiz Biləsuvarda dəfn edildi -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Biləsuvar rayonunda daha bir şəhid ilə vida mərasimi keçirilib.

Azmedia.Az xəbər verir ki , “Report”un Muğan bürosunun məlumatına görə, hərbi xidmət keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) Xəlilzadə Əmrah İnqilab oğlu dəfn olunub.

Şəhidin dəfnindən əvvəl keçirilən vida mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon sakinləri və qohumları iştirak edib.

Mərasimdən sonra Ə.Xəlilzadə Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim edilib.

Allah rəhmət eləsin!

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar