Vətən müharibəsinin qəhrəmanları olan iki qonşu - Elşən Əhmədli və Fərid Zaməddinov - VİDEO

Oxunma sayı: 699
Siyasət       23 Dekabr 2020, 12:35
Vətən müharibəsinin qəhrəmanları olan iki qonşu     - Elşən Əhmədli və Fərid Zaməddinov - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan 2 qonşu Elşən Əhmədli və Fərid Zaməddinov...

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki,Oğuz sakinləri olan bu igidlər torpaqlarımızı azad etmək ugrunda düşməni məhv etmək üçün bütün bacarıqlarını sərgiləyiblər.

Fərid Zaməddinov 1986-cı il mayın 11-i Oğuzda dünyaya göz açıb. 2003-cü ildə həqiqi xidməti başa vurub. Qəhrəmanlıq tarixçəsi isə hələ Aprel döyüşlərindən başlayıb. 26 sentyabrda isə topçu komandir kimi yenidən döyüşlərə yollanıb. Kəlbəcər, Talış, Ağdərə istiqamətində döyüşlərdə misilsiz şücaət göstərib.

Həyat yoldaşı Zeynəb xanım deyr ki, Fərid məhv etdiyi düşmən texnikalarının şəkillərini çəkib saxlayırmış...

Cəsur topçu ölümlə görüşməyə də hər an hazır idi. Axı vətən, torpaq uğrunda öldürmək də var, ölmək də... İkisi də şərəfli yoldur. Elə müharibənin son günü-noyabrın 9-dan 10-a keçən gecə qəhrəmanımız düşmən snayperinin gülləsinə tuş gəlir. Şəhadət zirvəsinə yüksələn Fərid ''Vətən uğrunda'' medalı ilə təltif edilib.

Digər oğuzlu şəhid Elşən Əhmədli isə 11 iyul 1997-ci ildə dünyaya göz açıb. Vətən müharibəsinə könüllü olaraq yollanmış qəhrəmanımız peşəkar snayper kimi tanınırdı.

Elşən Füzulidən başlayaraq Şuşayadək düşmənə nəfəs almağa imkan verməyib.

Od yağdırıb onların başlarına! İgidimiz Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Əbədi şəhadətə qovuşan cəsur qonşular - Elşən Əhmədli və Fərid Zaməddinovun yaşadığı məhəllədə indi onların xatirəsinə qoşa Şəhid Bulağı var.

Ruhunuz şad olsun şəhidlər , zəhmətiniz hədər getmədi, vətən torpaqları azaddır.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar