Ərdoğan: “Azərbaycan və digər dostlarımızın mənafelərini qorumağa çalışırıq”

Oxunma sayı: 781
Siyasət       23 Dekabr 2020, 16:04
Ərdoğan:     “Azərbaycan və digər dostlarımızın mənafelərini qorumağa çalışırıq”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qarabağda otuz ildir biganə yanaşılan işğalın sonra çatmasına dəstək verdiyindən, Azərbaycanın zəfər qazanmasından bəhs edib.

 

Bu barədə o, Türkiyə Böyük Millət Məclisinin iclasındakı çıxışında danışıb.

Türkiyə lideri bildirib ki, Minsk qrupu (ATƏT) 30 ildir bu işi həll edə bilmədi və azərbaycanlı qardaşlarımız torpaqlarından ayrı qaldılar, köçkün oldular.

“Azərbaycanlı qardaşlarımız özləri qərar verdilər, öz problemlərini özləri həll edərək işğal altındakı torpaqlarını düşməndən azad etdilər.

Qonşularımız da daxil, heç kimin torpağında gözümüz yoxdur. Azərbaycan və digər dost dövlətlərin mənafelərini qorumağa çalışırıq”, - deyə Ərdoğan bildirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar