AzTV-də yeni Bədii Şura yaradılacaq

Oxunma sayı: 722
Mədəniyyət       25 Dekabr 2020, 13:36
AzTV-də yeni Bədii Şura yaradılacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Bu gün Azərbaycan Televiziyasının Bədii  Şurası aktiv fəaliyyət göstərir. Onların hər biri ilə birbaşa təmasım  var. Bəzən efirdə  veriliş  gedə-gedə müzakirələr aparılır, problemlər üzə çıxarılır, biz də operativ olaraq nöqsanları aradan qaldırırq”. 

 

Azmedia.Az-ın məlumatına görə, bunu mətbuat konfransında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

 

R.Məmmədov artıq Bədii Şuranın 2 illik fəaliyyət  müddətinin bitdiyini,  2021-ci ildə yeni Bədii Şura yaradılacağını vurğulayıb.

 

Qurumun rəhbəri Azərbaycan Televiziyasının forma və məzmun baxımından da yenilənməsinə çalışdıqlaırnı qeyd edib: “Buna görə də yeni, dinamik aparıcıların  dəvət edilməsinə çalışırıq. Təəssüf ki, pandemiya bizim də bir çox işlərimizə təsir edib, lakin bununla belə inkişaf dinamikasını qoruyub  saxlamağa çalışırıq”. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar