Səfurə İbrahimovanın qardaşı da vəfat etdi

Oxunma sayı: 672
Mədəniyyət       11 Yanvar 2021, 12:19
Səfurə İbrahimovanın qardaşı da vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Səfurə İbrahimovanın qardaşı Zahid İbrahimov dünyasını dəyişib.

 

Azmedia.Az moderator.az-a istinadən xəbər verir ki, bu haqda aktrisanın qardaşı qızı Könül İbrahimova məlumat verib.

 

“Atam mənimlə yaşayırdı, uzun illərdir ki, xəstə idi. Bibim xəstələnib yatağa düşəndə atamı da gətirib, onun yanında yerləşdirdim. Çünki hər ikisinə mən baxırdım. Atam bibimin xəstəliyi və daha sonra da ölümü ilə barışa bilmirdi. Onu hədsiz çox istəyirdi, mən bilirdim ki, atam ondan sonra çox yaşamayacaq. Bibimi itirəndə gözləri doldu, xəstəliyi yadından çıxdı. Gəlib onun çarpayısının yanında oturub saatlarla ağlayırdı. Atamı da bibimin yanında dəfn etdik”- deyə o, bildirib.

 

Qeyd edək ki, Səfurə İbrahimova dekabrın 22-də dünyasını dəyişib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar