İlk dəfə “Molla Nəsrəddin” ensiklopediyası çap olunub

Oxunma sayı: 686
Mədəniyyət       11 Yanvar 2021, 16:40
İlk dəfə “Molla Nəsrəddin”       ensiklopediyası çap olunub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İlk dəfə olaraq “Molla Nəsrəddin” jurnalının ensiklopediyası hazırlanıb çap olunub. Azmedia.Az xəbər verir ki, Ensiklopediya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsində nəşrə hazırlanıb. Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli (protokol № 3) qərarı ilə çap edilən sanballı nəşr akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə işıq üzü görüb.

 

Ensiklopediyanın baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Tərtib edəni və çapa hazırlayanı filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva, koordinatoru filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlidir. Korrektorları Təhminə Vəliyeva və Zərin Vəliyeva, operatoru isə Şəbnəm Şəfizadədir.

 

Nəşrin əsas redaksiya heyətinə Ramiz Mehdiyev, Anar, İsa Həbibbəyli, Teymur Kərimli, Vüqar Əhməd, Asif Rüstəmli, Gülbəniz Babayeva, Aygün Bağırlı və Mehman Həsənli daxildir. Əsas məqalələrin müəllifləri İsa Həbibbəyli, Asif Rüstəmli, Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva, Rauf Sadıxov, Elmira Qasımova, Müştəba Əliyev, Aynurə Paşayeva, Gülnar Qasımlı, Dilbər Rzayeva, Təhminə Vəliyeva, Şəfəq Nasir və başqalarıdır.

 

“Molla Nəsrəddin” ədəbi məktəbinin ensiklopediyası” adlı ön sözdə akademik İsa Həbibbəyli yazır: “MollaNəsrəddin” ensiklopediyası” Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığının, bütün mollanəsrəddinçilərin çoxcəhətli ədəbi-ictimai fəaliyyətinin ensiklopedik kitabıdır”. İsa Həbibbəyli və Gülbəniz Babayevanın yazdığı “Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər haqqında” məqalədə ümummilli liderin bu istiqamətdə gördüyü işlərdən bəhs edilir.

 

466 səhifəlik, ensiklopediya “Elm” nəşriyyatında çap olunub. Məqalələr əlifba sırası ilə düzülüb. Ensiklopediyanın “Əlavələr” bölməsində jurnalın nəşr olunduğu ünvanlar və mətbəələr, redaktorları və nömrələri haqqında məlumat verilib. Həmçinin, mollanəsrəddinçilərdən bəsh edən doktorluq və namizədlik dissertasiyalarının və kitabların siyahısı da yer alıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar