SON DƏQİQƏ! Azərbaycanda GÜCLÜ YANĞIN - Zəhərlənənlər var

Oxunma sayı: 541
Hadisə       23 Yanvar 2021, 10:50
SON DƏQİQƏ! Azərbaycanda GÜCLÜ YANĞIN - Zəhərlənənlər var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Samuxda yanğın hadisəsi baş verib.

 

Azmedia.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb.


Kənd sakini Qurbanov Eldara məxsus tövlədə anidən yanğın başlayıb. Yanğın zamanı tövlədə olan ev quşları yanaraq tələf olub.


Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.


Yanğını söndürməyə gələn kənd sakinləri - 1988-ci il təvəllüdlü Qurbanov Rüfət Eldar oğlu və 1998-ci il təvəllüdlü Bayramov Xəyal Xeyrəddin oğlu tüstüdən zəhərləniblər. 


Kənd sakinləri xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.


İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma  olub.


Hadisənin başvermə səbəbləri araşdırılır

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar