Yüksək vəzifəli qadın məmur təyyarə ilə ölkədən qaçdı - FOTO

Oxunma sayı: 552
Dünya       23 Yanvar 2021, 12:50
Yüksək vəzifəli qadın məmur təyyarə ilə ölkədən qaçdı -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Liana Torosyan ölkəni tərk edib.


Azmedia.Az xəbər verir ki, “Joqovurd” qəzeti onun qaçdığını iddia edir.


Belə ki, işdən çıxarılan Torosyan bundan sonra Polşada yaşayacaq.


Liana Torosyan əvvəlcə məzuniyyət ərizəsi yazaraq Polşaya yola düşüb və daha sonra oradan qayıtmayacağını bildirib.


Nəşrin yazdığına görə, Torosyanın ölkədən getməsi gözlənilməz olub. Bir çox mənbələr onun bu addımını koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanması ilə əlaqələndirirlər.guninfo.az

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar