Azərbaycana Avropadan damazlıq qoyunlar gətirilib -FOTO

Oxunma sayı: 604
Ölkə       22 Fevral 2021, 15:40
Azərbaycana Avropadan damazlıq qoyunlar gətirilib    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu günlərdə Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib. 

Kənd Təsərrüfatı Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Damazlıq qoyun cinsləri ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqlarına və keyfiyyətlərinə görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin baş mütəxəssisi Elşən Cabbarov bildirib ki, hazırda təsərrüfatda Avropadan gətirilmiş 4 fərqli qoyun cinsləri saxlanır: “Bu qoyunlar Avropada da qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır. Qapalı şəraitdə saxlandığına görə bu heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu növlər cinsi yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli hesab edilir. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınmışı və onların ətlik məqsədilə yetişdirilməsi onları digər növlərdən əsas fərqləndirən xüsusiyyətləridir. Ən nəhayət bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürü daxilində əkiz bala vermə göstəricisi 85 faizdən yuxarıdır. Bu göstərici təsərrüfatın damazlıq sürü kimi daha sürətli formalaşmasına və quzu əti istehsalının artmasına gətirib çıxarır”.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez adaptasiya olunan, ətlik, südlük-ətlik və südlük məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir. 



 
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar