Heydər Əliyev parkındakı ağaclar məhv olur - VİDEO (FOTOLAR)

Oxunma sayı: 705
Cəmiyyət       7 Mart 2021, 20:15
Heydər Əliyev parkındakı ağaclar məhv olur -     VİDEO (FOTOLAR)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Nizami rayonu Heydər Əliyev parkında ağaclar seyrəlməkdədir. 

Azmedia.Az-ın demokrat.az-a istinadən xəbərinə görə, park ərazisindəki ağaclar hava şəraitinin dəyişməsindən sonra kökündən çıxaraq torpaqdan üzülüb. Bakının küləyi bəs edib ki, paytaxtın bu rayonunda Heydər Əliyev parkındakı ağacları yollara, səkilərə aşırsın.

Ölkədəki hava şəraitindən sonra icra hakimiyyətlərinin, digər müvafiq qurumların səriştəsizliyinin, fəaliyyətsizliyinin üzə çıxmasının dəfələrlə şahidi olmuşuq. Görünən odur ki, nəinki yağıntılı havadan, hətta adi küləkdən sonra bu acınacaqlı durum adi hal alıb. 

Adıçəkilən parkda həmişəyaşıl ağaclar məhv olmaqdadır. Ümid edirik ki, Nizami rayonu İcra Hakimiyyətinin rəhbər şəxsləri yaranmış vəziyyəti aradan qaldırmaq üçün əsaslı fəaliyyətə keçəcək. Yox, əgər bu problemi də külək özü ilə aparacaqsa, onda kreslolarda əyləşərək isti otaqlarda vaxt öldürən rəhbərlik istefa ərizəsi yazsa yaxşıdır.

Ərazidən görüntüləri təqdim edirik:

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar