Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan AÇIQLAMA

Oxunma sayı: 766
Ölkə       7 Mart 2021, 20:30
Karantin qaydalarının sərtləşdirilməsi ehtimalı ilə bağlı professordan     AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son günlər ərzində Azərbaycanda COVİD-19-a yoluxma hallarının artımının qarşısının alınması üçün hər bir vətəndaş əlindən gələni etməlidir ki, təkrar karantin qaydalarının sərtləşdirilməsinə getməyək.
 
Azmedia.Az xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, son günlər ərzində COVİD-19-a yoluxma hallarının sayının artmasının əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılması ilə əlaqədar insanlarda yaranan arxayınlıqdır.

İctimai-iaşə müəssisələrinin açılması, insanların toplu halda cəmləşməsi, maskadan istifadənin zəifləməsi də səbəblər sırasındadır:

"Amma digər tərəfdən bir sıra ölkələrdə, o cümlədən Türkiyədə virusun mutasiya olunmuş yeni ştammları yayılır. Bu, COVİD – 19-un məlum ştammından fərqli olaraq, daha sürətlə yayılır. Amma aparılan tədqiqatlar ölkəmizdə hələlik bu ştammın olduğunu göstərmir”.

A.Allahverdiyev bildirib ki, hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir. Peyvəndin əhatə dairəsinin getdikcə genişlənməsi də virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar