Tələbə BU YOLLA 80 kiloqram ARIQLADI - FOTO

Oxunma sayı: 527
Dünya       7 Aprel 2021, 23:00
Tələbə BU YOLLA 80 kiloqram     ARIQLADI - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hindistanın Lakxnau şəhərindən olan 20 yaşlı tələbə Aman Xan iki ilə 80 kiloqram çəki atıb.

 

Azmedia.Az big.az-a istinadən xəbər verir ki, bu barədə "The times of İndia" yazır.

 

Belə ki, 188 santimetr boyu olan Amanın çəkisi iki il öncə 162 kiloqram olub.

 

Ətrafdakıların təhqiredici zarafatlarından sonra o, arıqlamaq qərarına gəlib və dietoloq Ekanş Tanejaya müraciət edib.
Tələbə BU YOLLA 80 kiloqram ARIQLADI - FOTO

Mütəxəssis Amanın orqanizmini və damaq zövqünü nəzərə alaraq, onun üçün xüsusi qida planı tərtib edib.

 

Xan səhərlər düyü lopaları, meyvə saltı, omlet, yaxud sendviç yeyib.

 

Naharda sousla lavaş, yulaf sıyığı, yaxud cemli buterbrod, axşam isə lavaşa bükülmüş tərəvələr, sendviç və ya qızartma toyuqla qidalanıb.

 

Bundan əlavə, Xan gündəlik yeddi min addım normasına riayət edərək, daha çox gəzməyə başlayıb.

 

O, həmçinin, mütəmadi olaraq bütün əzələ qrupları üçün məşqlər edib.

 

Beləliklə, idman və düzgün qidalanma sayəsində hindistanlı tələbə 80 kiloqram arıqlayaraq özgüvənini artıra bilib.
Tələbə BU YOLLA 80 kiloqram ARIQLADI - FOTOTələbə BU YOLLA 80 kiloqram ARIQLADI - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar