Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan ÖLDÜ - FOTO

Oxunma sayı: 529
Ölkə       8 Aprel 2021, 01:18
Azərbaycanda 84 yaşlı məktəb direktoru koronavirusdan     ÖLDÜ - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qax rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.

 

Azmedia.Az  bildirir ki,bu barədə Qax Rayon Təhsil Şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva vəfat edib.

 

Qeyd edək ki, 84 yaşlı məktəb direktoru bir müddət əvvəl koronavirusa yoluxub.

 

O, Bakıdakı xəstəxanalardan birində müalicə olunurdu.

 

Ş.Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətinə başlayıb, işlədiyi müddət ərzində 69-a qədər diplom və fəxri fərmanlarla təltif olunub.

 

O, 1979-cu ildən ömrünün sonuna qədər rayonun ən böyük məktəbinə rəhbərlik edib.

 

Ş.Abdullayeva 2005-ci ildə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.//oxu.az

Paylaş
Loading...