Hollivudun məşhur cütlüyünün evlilik sirri - FOTO

Oxunma sayı: 518
Xarici       8 Aprel 2021, 05:00
Hollivudun məşhur cütlüyünün evlilik sirri -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyaca məşhur Hollivud aktrisası Ketrin Zeta Cons özündən 25 yaş böyük olan əri, həmkarı Maykl Duqlasla evlilikləri barədə danışıb.

 

Azmedia.Az  xəbər verir ki,"Wall Street Journal"a müsahibə verən 51 yaşlı cazibədar aktrisa 20 illik evliliklərinin hələ də eşq, sevgi dolu olduğunu bildirib.

 

O, bunu hər iki tərəfin bu birlikdən məmnun olması ilə əsaslandırıb.

 

Zeta Consun dediyinə görə, karieraları evliliklərinə zərər vurmur:

 

"Münasibətimizdə sabit şəkildə sevgi və hörmət var. Yumor hissimizi əsla itirmirik və bir-birimizlə dostluqdan zövq alırıq.

 

Birlikdə çox vaxt keçiririk, bundan həzz alırıq".

 

Cütlüyün 20 yaşda Dayln adlı oğlu və 17 yaşlı Karis adlı qızı var.

 

"Bir çox ailəni bu qadağalar özündən çıxarsa da mən çox xoşbəxtəm.

 

Hamımız bir-birimizin işinə hörmətlə yanaşırıq, müstəqil yaşayırıq, amma axşam yeməyində bir yerdə olmağı dörd gözlə gözləyirik", - deyən aktrisa ailəsinin pandemiyada başqalarında olduğu kimi sıxılmadığını dilə gətirib.
Hollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTOHollivudun məşhur cütlüyünün evlilik sirri - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar