Sabah şimşək çaxacaq, yağış yağacaq

Oxunma sayı: 469
Hava       11 Aprel 2021, 13:00
Sabah şimşək çaxacaq, yağış yağacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Azmedia.Az xəbər verir ki,Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 17-22 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
 

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

 

Aprelin 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar