Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTO

Oxunma sayı: 459
Ölkə       11 Aprel 2021, 14:00
Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də -     FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

 

Azmedia.Az xəbər verir ki, trend-in Qarabağ bürosunun məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu İmarət qəbiristanlığında olublar.

 

Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin İmarət qəbiristanlığının qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

 

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayət edir.

Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTOTürk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTOTürk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTOTürk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTOTürk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTOTürk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu "İmarət"də - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar