Sağlam qidalanmaq istədi, ağır xəstəliyə düçar oldu - Qəribə olay

Oxunma sayı: 137
Sağlamlıq       6 Oktyabr 2019, 07:24
Sağlam qidalanmaq istədi, ağır xəstəliyə düçar oldu     - Qəribə olay

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

44 yaşlı kişi sağlam yaşamaq üçün zərərli qidalardan imtina edib. Ona diabet diaqnozu qoyulduqdan sonra qidalanmasını dəyişib.

 

Azmedia.Az medicina.az-a istinadən bildirir ki, İngiltərə sakini Rob Alen həyat yoldaşı ilə birgə diabetə qarşı sağlam qidalanmaq yolunu seçir. 108 kq olan kişi bu müddətdə 25 kq arıqlayıb.

 

Kişinin belə sürətlə çox arıqlaması qadının təəccübünə səbəb oldu.

 

İyun ayında kişi qarnındakı ağrıdan şikayət edərək xəstəxanaya gedib. Analizlər onun bağırsaq xərçənginin üçüncü mərhələsində olduğunu göstərib. Xəstə təcili olaraq Çesterdəki daha böyük xəstəxanaya köçürülüb. Cərrahlar onun bağırsağındakı şişi və bağırsağının bir hissəsini çıxarıblar. Həkimlərin dediyinə görə, kişi xərçəng xəstəliyinə iki il əvvəl tutulub.

 

Allen son zamanlar tez-tez yorulduğunu və bağırsağında dəyişikliklər hiss etdiyini təsdiqləyib. Ancaq o, buna əhəmiyyət vermədiyini deyib. Britaniyalı kimyaterapeyanın iki kursunu müvəffəqiyyətlə bitirərək sağalıb:

 

"Xəstəliyin təkrarlanması ehtimalına qarşı müalicə aldım. Demək olar ki, ölümdən döndüm. Bədənimdəki xərçəngi yayılmamışdan əvvəl müəyyən edə biliblər".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar