Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif etdi

Oxunma sayı: 522
Ölkə       4 May 2021, 12:32
Zahid Oruc “Qaçqınkom”un adının dəyişdirilməsini təklif etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Milli Məclisin iclasında deputat Zahid Oruc Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsini təklif edib.

Azmedia.Az-ın xəbərinə görə, Z.Oruc təklif edib ki, qurum Qayıdış və Quruculuq Komitəsi adlanmalıdır. 

“Beləliklə, biz təkcə dövlət-hökumət institutlarını deyil, ictimai-siyasi leksikonumuzu, təhsil, mədəniyyət və ədəbiyyat sistemimizi, kitablarımızı, siyasi proqram və konsepsiyalarımızı parlaq Qələbəmizə uyğunlaşdırmalıyıq”, - deyə deputat bildirib. 

Deputat Qarabağın Azərbaycanlı İcmasının ləğvi məsələsinə də toxunub:

“Bu, iki mesajın dünyaya verilməsidir: birincisi, status olmayacaq. Yəni, “erməni icması” anlayışı qəbul edilməyəcək. Onlar əlahiddə hüquq və güzəştlər gözləməsinlər, digər etnik qruplar kimi Azərbaycan Konstitusiyasına tabe olub, yaşaya bilərlər. İkincisi, Minsk Qrupunun öz varlığını münaqişə və icmalar üzərindən saxlamaq istəklərinə qarşı da növbəti diplomatik cavabdır”. 

O bildirib ki, Minsk Qrupu Qarabağ əvəzinə üç ölkənin arasındakı gərginliyi - Moskva, Vaşinqton və Parisin münasibətlərində illərdir hökm sürən sanksiya müharibələrini çözməlidir. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar