Azərbaycanda təcavüz etmək istədiyi üç uşaq anasını öldürən mollanın görüntüləri yayıldı -VİDEO

Oxunma sayı: 532
Kriminal       4 May 2021, 13:24
Azərbaycanda təcavüz etmək istədiyi üç uşaq anasını öldürən mollanın görüntüləri yayıldı     -VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Lerik rayonun Barzavu kəndində üç uşaq anası Zəkifə Fərziyevanı qətlə yetirən mollanın görüntüləri yayılıb.

Belə ki, həmin kəndin mollası olan 1971-ci il təvəllüdlü Murad Əskərov cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, M.Əskərov 28 aprel tarixində Z.Fərziyevanın evdə tək olduğunu bilərək evə daxil olub. O, qadına qarşı əxlaqsız hərəkətlər etməyə çalışıb. Bu zaman Z.Fərziyeva qışqıraraq qonşuları çağırmağa başlayıb. M.Əskərov da cibində gəzdirdiyi bıçaqla qadının boğazını kəsərək onu qətlə yetirib.

M.Əsgərov ötən ilin dekabr ayında da qadınla cinsi əlaqədə olmaq istəyib. Amma Z.Fərziyeva etiraz edərək onu evindən qovub. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar