İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi: Polislər tərəfindən xilas edildi - FOTO/VİDEO

Oxunma sayı: 355
Hadisə       7 May 2021, 00:10
İstanbulda girov götürülən şəxs pəncərəyə çıxıb kömək istədi:     Polislər tərəfindən xilas edildi - FOTO/VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Türkiyənin İstanbul şəhərində daha bir girov götürmə hadisəsi qeydə alınıb. Belə ki, Esenyurt bölgəsində səkkiz mərtəbəli binanın altıncı mərtəbəsindən bir kişi girov götürüldüyünü qışqırıb və yoldan keçənlərdən yardım istəyib.

Azmedia.Az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, hadisə yerinə dərhal polislər cəlb olunub.

Əməliyyat nəticəsində hüquq mühafizə orqanları mənzilin qapısını qıraraq içəri daxil olublar və Cemal A., Cengiz Han A. və Yeşim K. adlı şəxsləri saxlayıblar. Bağlı otaqda saxlanılan Mövlud U. isə polis tərəfindən xilas edilib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Xatirladaq ki, bir müddət əvvəl İstanbulda başqa bir gtirov götürmə hadisəsi yaşanmışdı. Belə ki, pakistanlı şəxs qaçırılaraq işgəncə edilib, bununla bağlı görüntülər isə ailəsinə göndərilərək fidyə istənilmişdi.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar