ETSN: “Xəzərə çirkab su axıdan qurumla bağlı tədbir görüləcək” Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab su

Oxunma sayı: 347
Ölkə       7 May 2021, 00:50
ETSN:     “Xəzərə çirkab su axıdan qurumla bağlı tədbir görüləcək” Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab su

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Azmedia.Az-ın məlumatına görə xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların Azərsu ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib:

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar