Hamilə olduğunu bilməyən sərnişin təyyarədə doğdu - VİDEO

Oxunma sayı: 451
Dünya       7 May 2021, 02:35
Hamilə olduğunu bilməyən sərnişin təyyarədə doğdu -     VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-da Yuta-Havay reysi ilə hərəkət edən təyyarədə uçuş əsnasında gözlənilməz hadisə baş verib. Belə ki, hamilə olduğunu bilməyən Lavinia Mounqa adlı qadın elə göyərtədə uşaq dünyaya gətirib.

 

Azmedia.Az xəbər verir, bu barədə "Haber Global" xəbər yayıb.

 

Bildirilir ki, qadının sancıları təyyarə havaya qalxdıqdan az sonra başlayıb. Xoşbəxtlikdən sərnişinlər arasında həkim və tibb bacısı olub. Onların köməyi ilə 29 həftəlik uşaq dünyaya gəlib. Körpənin adı elə təyyarədə də qoyulub – Raymond.

 

Bildirilir ki, uşağın göbəyi ayaqqabı bağı ilə kəsilib, onu isti saxlamaq üçün mikrodalğalı sobada isidilmiş şüşələrdən istifadə olunub, körpənin ürək döyüntüləri isə smart saatın köməyi ilə izlənilib.

 

Təyyarə Havayda eniş etdikdən sonra ana və oğlu təcili yardımla xəstəxanaya aparılıb. Onların vəziyyətlərinin yaxşı olduğu vurğulanıb.

 

Mounqa yerli mediaya verdiyi açıqlamada hamilə olmasından xəbərsiz olduğunu bildirib.

x

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar