Emindən 25 milyonluq satış xəbəri ilə bağlı AÇIQLAMA

Oxunma sayı: 300
Ölkə       7 May 2021, 05:00
Emindən 25 milyonluq satış xəbəri ilə bağlı     AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Dostum Bahh Tee (müğənni Bəxtiyar Əliyev- red) və mən "Zhara Music" musiqi etiketini iki il əvvəl yaratdıq. Bu, dostumun fikri idi. İnanılmaz şeylər etdik. İki ilə yüz sənətçidən ibarət bir heyət formalaşdırdıq".

 

Azmedia.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov Rusiya KİV-nə açıqlamasında deyib. O, sahibi olduğu musiqi leyblının 25 milyona satılmadığını bildirib:

 

"Özüm bu etiketin sənətkarıyam. Müqaviləmiz yeni rəhbərliyə verildi. İndi daha da çox qazanacağıq. Yalnız Rusiyada deyil, xaricdə də tanınacağıq. İndi sənətçilərimiz Braziliya, Çin, Avropada işlər reallaşdıra bilər.

 

Qanadlarımız nəhayət açıldı. Müqavilənin məbləğinə gəldikdə, bu, mətbuatda yazıldığı kimi 25 milyon dollar deyil. Gözəl və yaxşı bir məbləğdir. Sən bununla yaşaya bilərsən".

 

Qeyd edək ki, 2020-ci ilin martında "Warner Music Group" Emin Ağalarov və Bəxtiyar Əliyev tərəfindən yaradılmış rus etiketli "Zhara Music"in satın alındığını elan edib, bundan sonra leybl "Atlantics Records"un Rusiya bölməsi olub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar