Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə orqan bağışlamaq olacaq - AÇIQLAMA + VİDEO

Oxunma sayı: 547
Ölkə       7 May 2021, 11:40
Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə orqan bağışlamaq olacaq     - AÇIQLAMA + VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Vəfat etdikdən sonra orqanlarını bağışlamaq istəyənlərin məlumatları şəxsiyyət vəsiqələrində qeyd olunacaq”.

Azmedia.Az xəbər verir ki, bu barədə “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

O bildirib ki, hazırda bu şəxslərin qeydiyyatını aparan hansısa rəsmi qurum yoxdur:

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin fəaliyyəti çərçivəsində öldükdən sonra orqanlarını bağışlamaq istəyənlərin qeydiyyat sistemi yaradılacaq. Hələlik sistemin necə olacağı barədə məlumat yoxdur. Bu məlumatlar şəxsiyyət vəsiqəsində və ya sürücülük vəsiqəsində qeyd oluna bilər. Hər bir insan şəxsi iradəsi və icazəsi ilə orqanlarının bağışlanmasına qərar verə bilər. Hər kəs bütün və ya bir orqanını bağışlamaq hüququna malik olacaq”, - deyə o bildirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar