Bill Qeytsin arvadı ilə boşanmasına xəyanət səbəb olub -FOTO

Oxunma sayı: 439
Dünya       7 May 2021, 15:05
Bill Qeytsin arvadı ilə boşanmasına xəyanət səbəb olub    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Microsoft”un qurucusu, milyarder Bill Qeytsin Melinda Qeytslə 27 illik evliliyi xəyanət nəticəsində bitib.

Azmedia.Az bildirir ki, ABŞ mediasında yer alan xəbərlərə görə, Bill Qeytsin keçmiş sevgilisi Ann Vinbland, şirkətin direktoru Ze Vanq və adı açıqlanmayan daha iki qadınla münasibəti olub.

Bill Qeyts gənclik vaxtında eşq yaşadığı Ann Vinblad ilə hər ilin yazında bir həftə tətilə gedirmiş.

Eyni zamanda, milyarder hər ayın müəyyən günlərini Ze Vanqla birgə keçirib. Onun digər iki sevgilisi isə proqramçıdır.

Melinda Qeyts bütün bunları uzun zamandır bildiyini amma səssiz qalmağa üstünlük verdiyini deyib.

36 yaşlı Ze Vanq barəsində Çinin “Weibo” sosial media platformasında çıxan xəbərlərin əsassız olduğunu deyib:

“Bu dedi-qoduların öz-özünə keçəcəyini düşündüm, belə sürətlə yayılacağı ağlıma gəlməzdi. Bu iddialara cavab verməyə xərclədiyim zamanda bir neçə kitab oxuyaram”.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar