Açıq havada toylara icazə verilə bilər - Video

Oxunma sayı: 352
Ölkə       7 May 2021, 22:15
Açıq havada toylara icazə verilə bilər -     Video

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər".

 

Azmedia.Az xəzərxəbər-ə istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyəsinin komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib.

 

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli bir say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər.

 

Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

 

Millət vəkili onu da qeyd edib ki, birinci gündən etibarən ölkəmizin koronovirusla apardığı mübarizə dünya ölkələrinə nümunə olmalıdır və bu mübarizə gec-tez öz müsbət təsirini göstərməlidir.

 

Qeyd edək ki, ölkədə bir çox cütlük rəsmi nikah bağlasa da, toy mərasimlərinin keçirilməsi üçün pandemiyanın bitməyini ya da müvafiq qərarın verilməsini səbirsizliklə gözləyir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar