Kosmosda suborbital ekskursiya üçün bilet hərraca çıxarıldı - VİDEO

Oxunma sayı: 357
Dünya       7 May 2021, 23:00
Kosmosda suborbital ekskursiya üçün bilet hərraca çıxarıldı -     VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyanın ən zəngin insanı olan Cef Bezosun "Blue Origin" şirkəti "New Shepard" gəmisində suborbital ekskursiya üçün bir bilet hərraca çıxarıb.

 

Azmedia.Az xəbər verir ki, bu barədə "Forbes" xəbər yayıb.

 

Bildirilir ki, ərizə üçün indidən müraciət etmək olar, ancaq hərrac üç mərhələdə keçiriləcək:

 

- Mayın 19-na kimi ərizə qəbulu (təklif olunan məbləğlər gizli qalacaq)

 

- Mayın 19-dan etibarən müraciət edənlərin təklif etdikləri məbləğ açıq olacaq və hərrac başlayacaq.

 

- 12 iyunda satış bitəcək.

 

Uçuş iyulun 20-nə planlaşdırılıb. Kapsul 6 nəfər üçün nəzərdə tutulub.

 

"Blue Origin" digər beş yerdə kimlərin olacağını açıqlamayıb (ehtimal ki, şirkət əməkdaşları olacaq).

 

Sərnişinlər Yerə paraşütlü kapsullarda qayıdacaqlar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar