Dərnək məşğələlərinin açılacağı tarix bəlli oldu

Oxunma sayı: 365
Ölkə       8 May 2021, 01:35
Dərnək məşğələlərinin     açılacağı tarix bəlli oldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən xüsusi məktəblər, xüsusi internat məktəbləri və inteqrasiya təlimli internat tipli təhsil müəssisələrinin xüsusi siniflərində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla dərslər əyani bərpa ediləcək.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi Kollegiyasının müvafiq qərarında öz əksini tapıb.

 

Həmçinin Bakı, Sumqayıt, Şəki və Gəncə şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən məktəbdənkənar təhsil müəssisələrində aşağı və orta yaş qruplarında (I-IX siniflər) dərnək məşğələləri həftədə iki dəfə olmaqla əyani aparılacaq.

 

Qeyd edək ki, mövcud qərara əsasən, Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində mayın 17-dən əyani tədris forması qismən bərpa ediləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar