Pandemiya dalğalarının dayanması üçün şərtlər AÇIQLANDI

Oxunma sayı: 450
Açıqlama       8 May 2021, 05:01
Pandemiya dalğalarının dayanması üçün şərtlər     AÇIQLANDI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

COVID-19-un dalğavari yayılmasına son qoyulması üçün immun gücü olan insanların 80 faizə çatması zəruridir".

 

Azmedia.Az report-a istinadən xəbər verir ki, bu barədə Berlindəki Robert Kox İnstitutunun (RKI) rəhbəri Lotar Viler (Lothar H. Wieler) mətbuat konfransında bildirib.

 

"Peyvənd olunaraq və yaxud xəstələnərək immun gücü qazanan insanların payı 80 faizi üstələməyincə bir çox məhdudiyyətləri ləğv edə bilmərik.

 

O zaman yeni yoluxmalar, yeni artmalar olacaq, amma dalğalar olmayacaq. Yəni pandemiya nəzarət altında olacaq", – L.Viler deyib.

 

O, məhdudiyyətləri tədricən, planlı şəkildə ləğv etməyə çağırıb: "Peyvəndlənənlərin sayı artdıqca bəzi məhdudiyyətlər ləğv edilə bilər.

 

Peyvəndləmə səviyyəsi nə qədər çox olsa, qarşısını ala biləcəyimiz yoluxma halları bir o qədər çoxalır.

 

Peyvəndləmə faizinin artması yaxın gələcəkdə vəziyyətin xeyli yaxşılaşmasına gətirib şıxaracaq".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar