"Unudulmuş epidemiya": Koronavirusdan daha ölümcül, amma...

Oxunma sayı: 131
Dünya       10 İyun 2021, 01:35
"Unudulmuş epidemiya":       Koronavirusdan daha ölümcül, amma...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Afrika qitəsində COVID-19-dan daha öldürücü olan malyariya çarə tapılmır. Səbəbi malyariyaya qarşı peyvəndin koronavirus kimi gəlir gətirməməsidir. Peyvənd hazırlayanlar isə vəsait çatışmazlığı yaşayırlar.

 

Azmedia.Az xəbər verir ki, bu barədə haber global xəbər verib.

 

Bildirilir ki, Burkina-Fasoda bir çox xəstəxanada hələ indiyə qədər koronavirusdan ölüm qeydə alınmayıb. Ancaq malyariyaya görə artıq qəbiristanlıqlarda yer qalmayıb.

 

Mütəxəssislər bu xəstəliyə "unudulmuş epidemiya" deyirlər. Ağcaqanadlar tərəfindən yayılan bu xəstəlik ildə 400 min ölümə səbəb olur. Ən böyük risk qrupunda olanlar isə afrikalı uşaqlardır.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə Afrikada ötən 15 ayda 130 min insan həyatını itirib. Bir çox ekspertlərin fikrincə əsl rəqəmlər rəsmi göstərilənlərdən dəfələrlə çoxdur. Qitədə malyariyadan daha çox insan ölsə də koronavirusa qarşı peyvəndin bu qədər sürətlə hazırlandığı, ancaq malyariyaya qarşı peyvəndin geniş istifadəyə verilməməsinin səbəbi maraq dolurur.

 

Burkina-Fasonun Səhiyyə İnstitutunun regional direktoru Halidou Tinto koronavirusun malyariyadan daha artıq diqqət çəkməsinin onları qəzəbləndirdiyini bildirib. Onun fikrincə malyariya Qərb ölkələrində yayılsaydı, çarəsi çoxdan tapılardı.

 

Malyariya peyvəndinin geniş şəkildə istehsal edilməməsinin təməl səbəbi iqtisadidir. ABŞ koronavirus peyvəndi üçün 9 milyard dollar xərcləyib. Dünyada malyariya araşdırmalarına isə 2007-2018-ci illərdə 7,3 milyard dollar xərclənib. Afrika ölkələri arasında da iqtisadi cəhətdən daha zəif olanların malyariyadan daha çox əziyyət çəkdiyi bildirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar