Sabah Günəş tutulması olacaq

Oxunma sayı: 224
Hadisə       10 İyun 2021, 00:35
Sabah Günəş     tutulması olacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyunun 10-da cari ilin ilk Günəş tutulması hadisəsi baş verəcək. Bu tutulma halqəvari Günəş tutulmasıdır.

 

Azmedia.Az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

 

Bildirilib ki, tutulma hadisəsi saat 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.

 

Bu Günəş tutulmasının halqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.

Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.//axşam.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar