Mahir Emreli polşalıları necə təəccübləndirdi

Oxunma sayı: 231
İdman       10 İyun 2021, 02:35
Mahir Emreli polşalıları necə təəccübləndirdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Polşanın "Leqiya" klubuna transfer olunan millimizin futbolçusu Mahir Emreli haqda video hazırlanıb.

 

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, Varşava klubunun hazırladığı videoda Emrelinin Polşaya gəlişi, azərbaycanlı azarkeşlər tərəfindən hava limanında qarşılanması görüntüləri yer alıb.

 

Həmçinin, 23 yaşlı hücumçunun hava limanından gələrkən klub əməkdaşına Varşava tarixindən danışmaqla onu təəccübləndirib. Klub saytı onun bu transferə yaxşı hazırlaşdığını bildirib.

 

Mahir Emreli bundan sonra daha çox aktiv olduqları "Leqiya" azarkeşlərinə görə "Twitter" hesabı açacağını da qeyd edib.

 

Xatırladaq ki, Mahir Emreli dünən yeni klubu ilə "3+1" formulu əsasında müqavilə imzalayıb. O bu gündən komandası ilə məşqlərə qoşulacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar