Professor tələbənin uşağını qucağında saxlayıb DƏRS KEÇDİ - FOTO

Oxunma sayı: 233
Dünya       10 İyun 2021, 04:30
Professor tələbənin uşağını qucağında saxlayıb     DƏRS KEÇDİ - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Seneqalın Kaolak şəhərində universitet professoru olan Labali Ture tələbələrinə məruzəni qucağında körpə uşaqla edib.

 

Azmedia.Az big.az-a istinadən xəbər verir ki, o, fotolarını özünün "Twitter" səhifəsində paylaşıb.

Professor tələbənin uşağını qucağında saxlayıb DƏRS KEÇDİ - FOTO

Belə ki, tələbələrdən biri dərsə uşaqla gəlmək məcburiyyətində olduğu üçün professor ona dəstək göstərmək istəyib.

 

"Uşaqlı tələbə xanımı gördükdə dərhal ona kömək etmək qərarına gəldim və dərs müddətinə körpəni ondan alıb özüm saxladım, çünki qucağında uşaq olduğu halda o, fikrini toplaya bilmirdi. Aydın məsələdir ki, qadının uşağı yanında qoymağa adamı olmayıb", - deyə professor aydınlıq gətirib.

Cəmi 2 günə bu paylaşım 100 mindən çox bəyənmə toplayıb.

 

Turenin sözlərinə görə, bu paylaşımıyla o, analıqla eyni zamanda təhsil almağın problemlərinə diqqət çəkməyə çalışıb. Profesor hesab edir ki, müəllimlər və universitet ikiqat yüklənən gənc valideynlərə dəstək olmalıdırlar.

 

Ture, həmçinin, qeyd edib ki, gənc anaların çətin vəziyyətdə olması Seneqalda daha bir problemi üzə çıxarır: burada uşaq bağçaları və dayə tutmaq bahadır və hər kəs bu xidmətlərdən yararlana bilmir.
Professor tələbənin uşağını qucağında saxlayıb DƏRS KEÇDİ - FOTOProfessor tələbənin uşağını qucağında saxlayıb DƏRS KEÇDİ - FOTO

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar